29 
Apr
2024
11:32
13
126
2584
Virtual karabakh

Qətldə şübhəli bilinirdi: İnfarkt keçirib öldü

29 Apr, 2024
11:32
2584

Qətldə şübhəli bilinirdi: İnfarkt keçirib öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Sadiq Hüseyin oğlu Əhmədov qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən bir saat sonra vəfat edib.

Belə ki, saxlanılan 70 yaşlı kişi ilkin ifadəsində törətdiyi əməli etiraf edib və bir qədər sonra o, infarkt keçirərək dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Dadaşovun ürəktutmadan öldüyü bildirilib.

O da məlum olub ki, S.Əhmədovla N.Dadaşov birgə fəhlə kimi çalışıblar, daim iş vaxtı və ya işdən sonra spirtli içki qəbul ediblər. Dava-dalaş da tərəflər arasında yaşanan mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri